Bakı. Trend:
İspaniya hökuməti Kataloniyaya 1 oktyabr referendumu ilə əlaqədar olaraq, bölgədə vəziyyəti müşahidə etmək üçün əlavə təhlükəsizlik qüvvələri göndərəcək.
Trend-in məlumatına görə, bunu İspaniyanın xarici işlər naziri Xuan İqnasio Soido deyib.
O bildirib ki, hökumət konstitusiyaya uyğun olaraq Kataloniyada təhlükəsizlik qüvvələri yerləşdirəcək.
Qeyd olunur ki, polis və Mülki Qvardiya əməkdaşları ictimai yerlərdə müşahidə aparacaq və asayin qorunmasını təmin edəcəklər. Bildirilir ki, onlar 1 oktyabr müstəqillik haqqında referendum keçirilsə, təhlükəsizlik tədbirləri görəcəklər.