Bakı. Trend:
Rusiyanın Kostroma vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, təyyarə qəzası nəticəsində bir nəfərin həlak olduğu bildirilir.
Məlumata görə, təyyarə çaya düşüb. Pilotu xilas etmək mümkün olmayıb.
Hazırda qəzanın baş verməsi ilə bağlı araşdırma aparılır.