...

Moskvada nəqliyyatda terrorun qarşısı alınıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2017 12:09 (UTC +04:00)
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb
Moskvada nəqliyyatda terrorun qarşısı alınıb

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb.

Trend-in məlumatına görə, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.

Federal Təhlükəsizlik Xidməti qeyd edib ki, bu qruplaşma Moskvada və onun ətrafında ictimai nəqliyyatda terror aktları törətməyi planlaşdırırmış.

Həyata keçirilən əməliyyatlar nəticəsində qruplaşmanın bütün üzvləri saxlanılıb. Bundan başqa, əməliyyat çərçivəsində silahlar və partlayıcı maddələr ələ keçirilib.

Xəbər lenti

Xəbər lenti