Bakı. Trend:
ABŞ hərbçiləri Cənubi Koreyada növbəti təlimə başlayacaqlar.
Trend-in məlumatına görə, budəfəki təlim Koreya yarımadasında fövqəladə vəziyyətlərdə təxliyə ilə bağlı olacaq.
"Courageous Channel" adlı təlim oktyabrın 23-dən 27-dək keçiriləcək
Qeyd edək ki, son vaxtlarda Şimali Koreyadan gözlənilən təhlükə səbəbindən Cənubi Koreyada təqribən 28 min amerikalı əsgər yerləşdirilib.