Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Qaziantep, Şanlıurfa, Kilis və Malatya vilayətlərində havada müşahidə olunan normadan artıq toz dumanı nəqliyyatın hərəkətini iflic edib.
Trend-in məlumatına görə, bu vilayətlərdə yollarda görünmə məsafəsi 50 metrədək düşüb.
Toz dumanının davam edəcəyi təqdirdə məktəblərin bağlanacağı da istisna olunmur.