...

ABŞ Con Kennedinin qətlinə dair 3 minə yaxın məxfi sənəd dərc edib

Dünya xəbərləri Materials 27 Oktyabr 2017 04:36 (UTC +04:00)
ABŞ 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 2891 məxfi sənəd dərc edib
ABŞ Con Kennedinin qətlinə dair 3 minə yaxın məxfi sənəd dərc edib

Bakı. Trend:

ABŞ 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 2891 məxfi sənəd dərc edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bundan əvvəl 24 iyulda Kennedinin qətlinə dair 3,9 min məxfi sənəd dərc edilib, daha bir neçə min sənəd isə 2018-ci ilin aprel ayının sonunaq qədər dərc ediləcək.

ABŞ prezidenti Donald Tramp bildirib ki, cəmiyyət qətllə bağlı daha dolğun məlumatlandırılmalıdır. Bundan əlavə Tramp bildirib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədlərin bir hissəsi redaktə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti