İslandiyada 4,6 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Xəbər 27 Oktyabr 2017 06:15 (UTC +04:00)

Bakı. Trend:

İslandiyada 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Reykyavikdən 207 kilometr şərqdə, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti