Bakı. Trend:
Nikaraquada güclü yağışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo məlumat verib.
Daha öncə 5 nəfərin öldüyü, daha 2 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.
Güclü yağışlar Sakit okeanda yaranmış və Nikaraqua sahillərinə vurmuş "Selma" qasırğası səbəbilə yaranıb.
Hazırda qasırğanın Salvador istiqamətinə irəliləməsi bildirilir.