...

Ən uzun fasiləsiz uçuş qeydə alındı - Yeni rekord

Dünya xəbərləri Materials 2 Noyabr 2017 22:42 (UTC +04:00)
Dünyada fasilə olmadan ən uzun təyyarə uçuşu qeydə alınıb.
Ən uzun fasiləsiz uçuş qeydə alındı - Yeni rekord

Bakı. Trend:

Dünyada fasilə olmadan ən uzun təyyarə uçuşu qeydə alınıb.

Trend-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhərindən havaya qalxan "United Airlines" aviaşirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi 14 min kilometrlik Sinqapur reysini fasiləsiz icra edərək dünya rekorduna imza atıb.

Göyərtəsində 252 sərnişin aparan təyyarə düz 17 saat 55 dəqiqə havada olub. Hava gəmisi ABŞ-a 15 saat 15 dəqiqəyə qayıdıb.

Xatırladaq ki, bundan əvvəlki rekord 2017-ci ilin fevral ayında "Qətər Hava Yolları"nın Dohadan Yeni Zelandiyanın Oklanda şəhərinə 14 535 km-lik məsafəni 16 saat 23 dəqiqəyə qət edən təyyarəsinə məxsus olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti