...

Yıldırımla ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salındı

Dünya xəbərləri Materials 7 Noyabr 2017 16:35 (UTC +04:00)
Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib
Yıldırımla ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salındı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib.

Trend-in məlumatına görə, bu barədə qərar B.Yıldırım bu gün ABŞ-a səfər etdikdən sonra verilib.

Bu gün baş tutmalı olan görüşün təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyənin baş naziri B.Yıldırım bu gün ABŞ-a rəsmi səfərə gəlib.

B.Yıldırımın Vaşinqtonda regional məsələləri, eləcə də iki ölkə arasında viza böhranını müzakirə edəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti