...

Gürcüstan hökumətində DƏYİŞİKLİKLƏR oldu

Dünya xəbərləri Materials 13 Noyabr 2017 12:30 (UTC +04:00)
Gürcüstan hökumətində ciddi islahatlar aparılıb.
Gürcüstan hökumətində DƏYİŞİKLİKLƏR oldu

Bakı. Trend:

Gürcüstan hökumətində ciddi islahatlar aparılıb. Bu barədə Trend Gürcüstan baş nazirinin rəsmi saytına istinadən məlumat verir.

Dəyişikliklərə əsasən, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək.

Gürcüstanın hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq.

Gurcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Fövqəladə halların idarə olunması üzrə agentliyi və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi isə indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

Məlumata görə, Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib.

Gürcüstanın təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutub.

Xəbər lenti

Xəbər lenti