...

Antalyada qasırğa - 38 yaralı

Dünya xəbərləri Materials 14 Noyabr 2017 12:26 (UTC +04:00)
Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib
Antalyada qasırğa - 38 yaralı

Bakı. Trend:

Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib.

Trend-in məlumatına görə, şiddətli yağıntı ilə müşayiət olunan qasırğa 38 nəfərin xəsarət almasına səbəb olub.

Təbiət hadisəsi nəticəsində Kaş, Kemer və digər rayonlarda bir çox tikililərə ciddi ziyan dəydiyi bildirilir.

Xəsarət alanlar arasında xarici turistlərin olmadığı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti