...

Muqabe könüllü istefa verməyəcəyi təqdirdə... - Partiya qərar verdi

Dünya xəbərləri Materials 17 Noyabr 2017 14:08 (UTC +04:00)
Zimbabvedə hakim “Zimbabve Afrika Milli Hərəkatı” partiyasının nümayəndələri hazırkı prezident Robert Muqabenin istefaya yollanması üçün danışıqlara başlayıb
Muqabe könüllü istefa verməyəcəyi təqdirdə... - Partiya qərar verdi

Bakı. Trend:

Zimbabvedə hakim “Zimbabve Afrika Milli Hərəkatı” partiyasının nümayəndələri hazırkı prezident Robert Muqabenin istefaya yollanması üçün danışıqlara başlayıb.

Trend-in məlumatına görə, partiya nümayəndələri R.Muqabenin könüllü şəkildə istefa verməyəcəyi təqdirdə, bazar günü onun istefası barədə qərar verəcəyini bəyan ediblər.

Bundan sonra R.Muqabeyə qarşı impiçmentin tətbiq olunacağı bildirilib.

Zimbabvenın prezidenti Robert Muqabe istefaya getmək təklifini qəbul etməyib. Trend-in məlumatına görə, bu barədə ölkə təhlükəsizlik qüvvələri xarici KİV-ə məlumat veriblər.

R.Muqabe isə seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti