Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrakın Rusiyaya səfəri zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılacaq.
Trend-in məlumatına görə, bu gün baş tutacaq səfər çərçivəsində Soçidə B.Albayrakla Rusiyanın energetika naziri Aleksandr Novak arasında danışıqlar gözlənilir.
Tərəflər "Türk axını" və "Akkuyu" AES-in tikintisi kimi energetika layihələrini müzakirə etmək niyyətindədirlər.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək.