...

Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər - KİMLƏR?

Dünya xəbərləri Materials 4 Dekabr 2017 16:45 (UTC +04:00)
Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.
Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər - KİMLƏR?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər.

Trend-in məlumatına görə, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib.

Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.

Xatırladaq ki, son vaxtlar Türkiyədə 11 HDP-li deputat, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti