...

Qayıq batdı, 8 nəfər öldü

Dünya xəbərləri Materials 2 Yanvar 2018 00:05 (UTC +04:00)
İndoneziyanın Borneo adasının sahillərində qayıqın batması nəticəsində 8 nəfər ölüb
Qayıq batdı, 8 nəfər öldü

Bakı. Trend:

İndoneziyanın Borneo adasının sahillərində qayıqın batması nəticəsində 8 nəfər ölüb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qayıqda cəmi 45 sərnişin var idi. Onlarla insanın itkin düşdüyü bildirilir.

Yerli xilasetmə xidmətinin nümayəndəsinin sözlərinə görə, Anugrah Express qayığı suda olan ağacla toqquşaraq batıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti