...

Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artmaqda davam edir

Dünya xəbərləri Materials 10 Yanvar 2018 10:06 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan polisinin Pasport-viza departamentinin mətbuat xidmətindən bildiriblər.

Qurumdan deyiblər ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib.

Qeyd edək ki, 2012-ci ildə 968 ərizə, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, ötən il isə 3863 belə ərizə daxil olub. Yəni 2012-ci ildən 2017-ci ilədək 15 mindən çox sakin vətəndaşlıqdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti