...

Kosovada serbiyalı siyasətçi güllələndi, iki ölkə arasında danışıqlar dayandırıldı

Dünya xəbərləri Materials 16 Yanvar 2018 16:34 (UTC +04:00)
Kosovada serblərin "Azadlıq, Demokratiya, Həqiqət" partiyasının lideri Oliver İvanoviç güllələnib.
Kosovada serbiyalı siyasətçi güllələndi, iki ölkə arasında danışıqlar dayandırıldı

Bakı. Trend:

Kosovada serblərin "Azadlıq, Demokratiya, Həqiqət" partiyasının lideri Oliver İvanoviç güllələnib.

Trend-in məlumatına görə, siyasətçi partiya binasına daxil olarkən sinəsinə 5 dəfə atəş açılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Qətldən sonra Avropa İttifaqında Serbiya və Kosova arasında danışıqlar dayandırılıb.

Qeyd edək ki, 2008-ci ildə Kosova Serbiyadan ayrıldığını elan edib. Lakin rəsmi Belqrad Priştinanın müstəqilliyini tanımaqdan imtina edib. Ötən ilin martında tərəflər arasında dayandırılmış danışıqlar bu gün bərpa olunmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti