...

İt ovçunu güllələdi

Dünya xəbərləri Materials 22 Yanvar 2018 12:30 (UTC +04:00)
O, atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İt ovçunu güllələdi

Bakı. Trend:

Rusiyanın Saratov vilayətinin Krasnokutsk rayonunda ov zamanı bir kişi ölüb.

Trend-in məlumatına görə, 64 yaşlı yerli sakin ov ərazisinə gələrək avtomobilin baqajında saxladığı iki köpəyini açıb buraxıb. Bu zaman oynaşan hevvanlardan birinin pəncəsi yanlarında olan "TOZ-34" markalı ov tüfənginin tətiyinə toxunub. Silahdan açılan güllə ovçu qarın nahiyəsinə tuş gəlib.

Ovçu atəş səsinə gələn yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti