...

Ermənistanda pul qalmadı - Milyardlar xaricdə

Dünya xəbərləri Materials 2 Fevral 2018 13:33 (UTC +04:00)
2017-ci ildə Ermənistandan kapital axını 1,025 milyard dolları ötüb
Ermənistanda pul qalmadı - Milyardlar xaricdə

Bakı. Trend:

2017-ci ildə Ermənistandan kapital axını 1,025 milyard dolları ötüb.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, ötən ilin yanvar-oktyabr ayları arasında fiziki şəxslər tərəfindən Ermənistandan xaricə 814,218 milyon dollar pul köçürülüb. 2016-cı ilin eyni dövründə bu göstərici 641,139 milyon dollara bərabər idi.

Ermənistandan kapital axınının artması səbəbi ilə xaricdən daxil olan transfertlərlə olan müsbət saldo kəskin azalıb və 47,3 milyon dollar təşkil edib. 2016-cı ildə bu göstərici 60,4 milyon dollara bərabər olub.

Ümumilikdə Serj Sarkisyanın prezidentliyinin 10 ili dövründə Ermənistandan kapital axını 8,647 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti