...

Türkiyə, İran və Rusiya prezidentləri İstanbulda görüşə yığılır

Dünya xəbərləri Materials 8 Fevral 2018 11:39 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin İstanbulda görüşəcəklər.
Türkiyə, İran və Rusiya prezidentləri İstanbulda görüşə yığılır

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin İstanbulda görüşəcəklər.

Trend-in məlumatına görə, görüş barədə xəbər yayan Türkiyə KİV yazırlar ki, liderlər görüşdə Afrində həyata keçirilən "Zeytun budağı" hərbi əməliyyatını müzakirə edəcəklər.

Görüşdə eləcə də Suriya böhranının müzakirə ediləcəyi qeyd edilir.

Görüşün dəqiq tarixi barədə hələ məlumat verilməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti