...

Dünyanın ən cəld və dəqiq heyvanı müəyyən edilib

Dünya xəbərləri Materials 16 Fevral 2018 11:03 (UTC +04:00)
Yer kürəsində ən sürətli, çevik və dəqiq heyvanı müəyyən edilib
Dünyanın ən cəld və dəqiq heyvanı müəyyən edilib

Bakı. Trend:

Yer kürəsinin ən sürətli, çevik və dəqiq heyvanı müəyyən edilib.

Trend-in məlumatına görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, hörümçək-yengəclər (Selenops) 0,12 saniyə ərzində 360 dərəcə fırlanaraq öz qurbanına dəqiq zərbə endirə bilir.

Hörümçək yengəclər yana və geriyə doğru hərəkət edə bilir. Bu hörümçəklər Cənubi və Şərqi Asiyada yaşayır. Yaşayış evlərində də hörümçək-yengəclərə rast gəlmək olur.

Qeyd olunur ki, bu hörümçəklər tor qurmur. Onlar öz qurbanlarını pusqudan ovlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti