Bakı. Trend:
İsrail və ABŞ kosmosda ballistik raketləri tuta bilən "Hets-3" ("Ox-3", "Arrow-3") raket əleyhinə kompleksi uğurla sınaqdan keçiriblər.
Bu barədə Trend İsrail Müdafiə Nazirliyinə istinadən məlumat verilib.
Sınaq işləri İsrailin mərkəzi hissəsində "Israel Aerospace Industries" konserni və Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında aparılıb.
Nazirlikdən bildirilib ki, "Ox-3" kompleksi tapşırığı yerinə yetirib.