...

Yəməndə iki partlayış törədilib: 6 ölü, 43 yaralı

Dünya xəbərləri Materials 24 Fevral 2018 23:21 (UTC +04:00)
Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb
Yəməndə iki partlayış törədilib: 6 ölü, 43 yaralı

Bakı. Trend:

Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb, daha sonra isə terrorçular və hərbçilər arasında atışma başlayıb.

Trend-in "İnertaks"a istinadən verdiyi məlumata görə, partlayış və atışma nəticəsində 6 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb. İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata əsasən, ölənlərin 3-ü təhlükəsizlik xidmətinin əməkdaşı, 3-ü isə mülki şəxs olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti