...

ABŞ Somalidə terrorçulara aviazərbələr endirib

Dünya xəbərləri Materials 27 Fevral 2018 21:36 (UTC +04:00)
ABŞ hərbçiləri Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının mövqelərinə aviazərbələr ednirib
ABŞ Somalidə terrorçulara aviazərbələr endirib

Bakı. Trend:

ABŞ hərbçiləri Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Trend-in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Afrika komandanlığı məlumat yayıb.

Aviareyd zamanı iki yaraqlının məhv edildiyi bildirilir. Aviazərbələr Cilib yaşayış məntəqəsinin yaxınlığında həyata keçirilib.

ABŞ təyyaraləri mütamadi olaraq “Əş-Şəbab” qruplaşmasının mövqelərinə zərbələr endirir.

Qeyd edək ki, qruplaşma İŞİD-lə sıx əlaqədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti