Bakı. Rufiz Hafizoğlu - Trend:
"Afrinin mərkəzinə hücuma keçmək zamanı çatıb".
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, Türkiyə öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında maraqlıdır.
R.T.Ərdoğanın sözlərinə görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində dinc sakinlərin zərər çəkməsi barədə Qərb ölkələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir.
Prezident onu da əlavə edib ki, heç kim Türkiyəyə Afrindəki əməliyyatı nə zaman bitirmək lazım olduğu barədə göstəriş vermək hüququna malik deyil.