...

Aralıq dənizində 160-dan çox miqrant xilas edilib

Dünya xəbərləri Materials 7 Mart 2018 03:19 (UTC +04:00)

Bakı. Trend:

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.

Trend-in məlumtaına görə, gəminin batması nəticəsində 21 miqrant itkin düşüb, 160-dan artıq miqrant isə xilas edilib.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Djakomonun sözlərinə görə, itkin düşmüş miqrantların 4-ü qadın, 17-si isə kişi olub. Onların hamısı Qərbi Afrikadan olub.

Qeyd edək ki, Avropa Afrika və Yaxın Şərq ölkələrində bir sıra silahlı münaqişələr və iqtisadi problemlər səbəbindən ikinci dünya müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2017-ci ildə dəniz yolları ilə Avropaya 171 min miqrant gəlib, Aralıq Dənizini keçmək istəyərkən 3116 nəfər həlak olub. Hamıdan çox qaçqın İtaliya qəbul edib - 119 min 310.

Xəbər lenti

Xəbər lenti