Bakı. Trend:
Ermənistan ən yoxsul MDB ölkələrinin ilk üçyünə daxil olub.
Trend-in məlumatına görə, bu barədə erməni KİV-ləri yazır.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, yoxsulluq səviyyəsinin 29,4 faiz olduğu ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yeri tutur.
Azərbaycan isə MDB məkanında ən aşağı yoxsulluq səviyyəsi (əhalinin təqribən 5 faizi) olan ölkədir.
Qeyd edək ki, Rusiyada əhalinin 13,5 faizi yoxsullu səviyyəsində yaşayır.