...

Afrində PARTLAYIŞ - Ölənlər var

Dünya xəbərləri Materials 19 Mart 2018 12:04 (UTC +04:00)
Suriyanın Afrin şəhərində 4 mərtəbəli binada partlayış baş verib.
Afrində PARTLAYIŞ - Ölənlər var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın Afrin şəhərində 4 mərtəbəli binada partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 11 nəfərin öldüyü bildirilir.

Məlumata görə, ölənlərdən 4-ü dinc sakin, 7 nəfəri isə Azad Suriya Ordusunun üzvləridir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti