...

Meksikada dəhşətli yol qəzası: 5 nəfər diri-diri yandı

Dünya xəbərləri Materials 30 Mart 2018 01:17 (UTC +04:00)
Meksikada 3 avtomobilin iştirakı ilə baş verən ağır yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb.
Meksikada dəhşətli yol qəzası: 5 nəfər diri-diri yandı

Bakı. Trend:

Meksikada 3 avtomobilin iştirakı ilə baş verən ağır yol qəzası nəticəsində 5 nəfər diri-diri yanıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Moreliya - Sinapekuaro yolunda yük, minik avtomobilləri və yolsuzluq maşını toqquşublar.

Zərbə nəticəsində alışan minik avtomobilində olan sərnişinlərin hamısı hadisə yerində həlak olublar. Yolsuzluq avtomobilində olan sərnişinlər yaralanıblar, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti