Bakı. Trend:
G20 sammiti Yaponiyanın Osaka şəhərində 2019-cu ilin iyun ayının 28-29-da keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə açıqlamanı Tokioda mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin katibi Yosihide Suqa verib.
O qeyd edib ki, sammitin bu tarixlərdə baş tutması barədə qərar iri beynəlxalq tədbirlərin keçirilməsi cədvəlinə uyğun olaraq qəbul edilib.
Qeyd edək ki, 2017-ci il G20 sammiti Almaniyanın Hamburq şəhərində keçirilib. Builki sammit dekabr ayında Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.