...

Fransanın Reyunyon adasında vulkan püskürdü

Dünya xəbərləri Materials 3 Aprel 2018 13:30 (UTC +04:00)
Hind okeanında Fransaya məxsus Reyunyon adasında Piton-de-la-Furnez vulkanı püskürməyə başlayıb.
Fransanın Reyunyon adasında vulkan püskürdü

Bakı. Trend:

Hind okeanında Fransaya məxsus Reyunyon adasında Piton-de-la-Furnez vulkanı püskürməyə başlayıb.

Trend-in məlumatına görə, vulkan səhər saatlarından etibarən fəallaşıb.

Ada rəhbərliyi sakinlərin təhlükəsizliyi məqsədilə fövqəladə vəziyyət xəbərdarlığı elan edib.

Vulkanın ətraf bölgələrinə gediş-gəliş məhdudlaşdırılıb.

Qeyd edək ki, 2632 metr hündürlüyü olan Piton-de-la-Furnez vulkanı adanın sıx məskunlaşmış bölgəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti