...

Maduro sammitdə iştirak etməkdən imtina etdi: "Vaxt itkisidir"

Dünya xəbərləri Materials 11 Aprel 2018 22:55 (UTC +04:00)
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Peruda keçiriləcək Amerika sammitində iştirak etməyəcək.
Maduro sammitdə iştirak etməkdən imtina etdi: "Vaxt itkisidir"

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Peruda keçiriləcək Amerika sammitində iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə venesuelalı lider özü bəyan edib.

N.Maduro bildirib: "Qərara aldım ki, Limada keçiriləcək Amerika sammitində iştirak etməyim və Venesuela xalqı ilə bir yerdə qalım".

Bolivar Respublikasının lideri bildirib ki, forumda iştirak etmək Venesuelanın planlarına daxil olan prioritet məsələlərdən deyil. O əlavə edib ki, region rəhbərlərinin bu görüşü "vaxt itkisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti