...

Trampın nikahdankənar övladı olduğu iddia olundu

Dünya xəbərləri Materials 13 Aprel 2018 10:07 (UTC +04:00)
Nyu-Yorkda "Trump World Tower"in keçmiş əməkdaşı Dino Sadjudin bildirib ki, ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı var.
Trampın nikahdankənar övladı olduğu iddia olundu

Bakı. Trend:

Nyu-Yorkda "Trump World Tower"in keçmiş əməkdaşı Dino Sadjudin bildirib ki, ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı var. Trend-in məlumatına görə, o, bu informasiyanı "National Enquirer" dərgisinə 30 min dollara satıb.

Həmin xəbər dərgidə çıxmasa da, bu xəbər yayılıb.

D.Sadjudin danışıb ki, D.Trampın "Trump World Tower"in əməkdaşlarından biri ilə "eşq macərası" olub, sonra həmin xanım dünyaya uşaq gətirib. Qeyd edək ki, həmin qadın bu informasiyanı təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti