Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı təklif etdiyi qətnaməsini qəbul etməyib.
Bu barədə Trend- TASS-a istinadən xəbər verir. Qətnamə ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi raket zərbələrinə toxunulur və Yaxın Şərq ölkələrinə qarşı təcavüzü dayandırılması çağırılır.
Qətnamə səs çoxluğu qazanmayıb. Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.