Bakı. Trend:
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bu gün ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib.
Trend-in məlumatına görə, S.Sarkisyanın lehinə 77, əleyhinə 17 deputat səs verib.
Qeyd edək ki, S.Sarkisyanın namizədliyinə qarşı iki gündür ki, Yerevanda iğtişaşlar davam edir.