...

Xamneyi müsəlman ölkələrinə çağırış etdi: ABŞ-a qarşı birləşin

Dünya xəbərləri Materials 26 Aprel 2018 14:50 (UTC +04:00)
İranın ali lideri, ayətulla Əli Xamneyi bütün müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb.
Xamneyi müsəlman ölkələrinə çağırış etdi: ABŞ-a qarşı birləşin

Bakı. Trend:

İranın ali lideri, ayətulla Əli Xamneyi bütün müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb.

Trend-in məlumatına görə, o, İran milli televiziyası vasitəsilə müraciət edib.

Qeyd olunur ki, bu sözlər ABŞ Prezidenti Donald Trampın “Yaxın Şərq Vaşinqtonun köməyi olmadan bir həftə davam gətirə bilməz” açıqlamasına cavab olaraq deyilir.

Ə.Xamneyi vurğulayıb ki, bu cür sözlər müsəlmanlar üçün alçaldıcıdır. O bildirib ki, regionda İslamın birləşdirdiyi ölkələr arasında müharibələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti