...

Almaniya "Facebook"u təhlükəsizliyi gücləndirməyə çağırdı

Dünya xəbərləri Materials 3 May 2018 23:27 (UTC +04:00)
Almaniyanın Ədliyyə Nazirliyi "Facebook" şirkətini sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatlarının qorunması üzrə əlavə tədbirlər görməyə çağırıb
Almaniya "Facebook"u təhlükəsizliyi gücləndirməyə çağırdı

Bakı. Trend:

Almaniyanın Ədliyyə Nazirliyi "Facebook" şirkətini sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatlarının qorunması üzrə əlavə tədbirlər görməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın ədliyyə naziri Katarina Barlinin "Faebook" şirkətinin rəhbəri Mark Zukerberqə göndərdiyi məktubda deyilir.

K.Barlinin sözlərinə görə, "Facebook" daha əvvəl məlumatların müdafiəsi sahəsində optimallaşdırılmanın keçirilməsi haqqında xəbər verib və bu, "yaxşı başlanğıcdır". Lakin dəyişikliklər prosesi mümkün qədər tez həyata keçirilməlidir.

Nazir qeyd edib ki, şirkət istifadəçilər üçün fərdi məlumatlara nəzarət məsələsində daha çox şəffaflıq təmin etməlidir.

Xəbər lenti

Xəbər lenti