Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Şanlıurfa vilayətində hərbi hissəyə hücum olub. Trend-in məlumatına görə, hücum nəticəsində iki hərbçinin yaralandığı bildirilir.
Məlumata görə, hücum PKK terror təşkilatı tərəfindən həyata keçirilib.
Hücumdan dərhal sonra terrorçuların məhv edilməsi məqsədilə ərazidə operativ əməliyyata başlanılıb.