...

Səudiyyə Ərəbistanında qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb

Dünya xəbərləri Materials 5 İyun 2018 20:06 (UTC +04:00)
Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb
Səudiyyə Ərəbistanında qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara sürücülük vəsiqələri verilməyə başlanıb.

Trend-in məlumatına görə, artıq bir qrup qadın avtomobil idarə etmək hüququ verən sənədi əldə edib.

Vəsiqəni alan qadınların sayı açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağası iyunun 24-də aradan qaldırılacaq. Bu barədə ötən ilin sentyabrında Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl-Səud fərman imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti