...

Finlandiyada terror törətməkdə günahlandırılan mərakeşli ömürlük həbs cəzası aldı

Dünya xəbərləri Materials 15 İyun 2018 17:38 (UTC +04:00)
Finlandiyanın Turku şəhərində 2017-ci ildə terror aktı törətməkdə şübhəli bilinən mərakeşli qaçqın ömürlük həbs cəzası alıb.
Finlandiyada terror törətməkdə günahlandırılan mərakeşli ömürlük həbs cəzası aldı

Bakı. Trend:

Finlandiyanın Turku şəhərində 2017-ci ildə terror aktı törətməkdə şübhəli bilinən mərakeşli qaçqın ömürlük həbs cəzası alıb.

Trend-in məlumatına görə, mərakeşli iki nəfərin ölümündə və daha 8 dinc sakinin yaralanmasında təqsirli bilinir.

23 yaşlı Abdurrəhman Buanan 2017-ci il avqustun 18-də Turku şəhərində bu cinayəti törədib. Ölənlərin hər ikisi qadındır.

Vəkili bu cinayətin məişət zəminində törədildiyini desə də, mərakeşli terror aktı törətdiyini etiraf edib.

A.Buanan 2016-cı ildə Finlandiyaya miqrasiya edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti