...

Lavrov və Pompeo Şimali Koreya və Suriya məsələlərini müzakirə etdi

Dünya xəbərləri Materials 18 İyun 2018 21:13 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb.
Lavrov və Pompeo Şimali Koreya və Suriya məsələlərini müzakirə etdi

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb.

Trend-in Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, tərəflər arasında Koreya yarımadasındakı vəziyyət, eləcə də yaxın gələcəkdə Rusiya və ABŞ əlaqələrinin genişlənməsi məsələləri müzakirə olunub.

Həmçinin BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında Suriya münaqişəsinin həlli, eləcə də Koreya yarımadasında problemlərin həlli məsələləri diqqət mərkəzində olub.

S.Lavrov və M.Pompeo ikitərəfli münasibətlərin bəzi aspektləri, eləcə də Rusiya və ABŞ arasında yaxın zamanlarda siyasi təmasların planı barədə fikir mübadiləsi aparıblar.

Bu danışıqların ABŞ tərəfinin təşəbbüsü ilə keçirildiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti