Bakı. Trend:
İranın neft naziri Bijan Namdar Zəngəni ölkəsinin OPEC ölkələrinin xam neft hasilatının kvotasının artırılması ilə bağlı iclasında iştirak etməyəcəyini bəyan edib.
Trend-in məlumatına görə, iclas iyunun 22-də Vyanada baş tutacaq.
Zəngəni deyib ki, Tehran OPEC+ razılaşmasına ABŞ tərəfindən təsir edilməsinə qarşı çıxır.
Qeyd edək ki, OPEC iyunda neft hasilatını artıra bilər. Bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq.
2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.