...

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Materials 21 İyun 2018 08:16 (UTC +04:00)
Rusiyanın Novosibirsk şəhərində "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi məcburi eniş edib
Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Bakı. Trend:

Rusiyanın Novosibirsk şəhərində "Aeroflot" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi məcburi eniş edib.

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qərb-Sibir nəqliyyat prokurorluğunun rəsmi nümayəndəsi Oksana Qorbunova bildirib.

Onun sözlərinə görə, Moskva-Tomsk reysini həyata keçirən təyyarənin göyərtəsində 149 sərnişin olub və xəsarət alan olmayıb.

Bildirilir ki, təyyarə artıq Tomska yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti