...

Türkiyə yeni əməliyyata başladı - Bu dəfə İran sərhədində

Dünya xəbərləri Materials 21 İyun 2018 12:23 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı mübarizə çərçivəsində İran-İraq sərhədində əməliyyat keçirir.
Türkiyə yeni əməliyyata başladı - Bu dəfə İran sərhədində

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı mübarizə çərçivəsində İran-İraq sərhədində əməliyyat keçirir.

Trend-in məlumatına görə, hazırda İraqın şimal-şərqində hərbi əməliyyatların genişləndirilməsi üçün hazırlıqlar aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyə ordusu İraqın şimalında PKK terrorçularının 14 bazasını məhv edib. Türkiyəli lider İraqda son terrorçu məhv edilənə qədər əməliyyatların davam edəcəyini dəfələrlə bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti