...

Quterreş ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü deyir - Suriyada

Dünya xəbərləri Materials 22 İyun 2018 10:12 (UTC +04:00)

Bakı. Trend:

Moskva və Vaşinqtonun Suriya məsələsi üzrə maraqları üst-üstə düşür, ciddi fikir ayrılığı yoxdur.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.

O, əmin olduğunu bildirib ki, strateji baxımdan Birləşmiş Ştatlar və Rusiya arasında Suriya və Yaxın Şərqlə bağlı ümumilikdə əsaslı fikir ayrılığı yoxdur:

"Rusiya Suriyanın vahid olacağına ümid edir. RF-nin həmişə bu ölkə ilə yaxşı münasibətləri olub. ABŞ isə Suriyada sabitliyin təminatında maraqlıdır".

Baş katib ABŞ və Rusiyanın maraqlarının daha da yaxınlaşması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti