Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə pedofillərin kastrasiyası tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
B.Bozdağ əlavə edib ki, bu məsələ əvvəl də gündəmdə olub və parlamentdə müzakirə olunub: "Təəssüf ki, bu məsələ Türkiyədə növbədənkənar seçkilər səbəbindən təxirə salınmışdı".
Qeyd edək ki, pedofillərin kastrasiyası məsələsi Türkiyə Parlamentində aprelin 9-da müzakirə olunub.
Bu qanun Türkiyədə qəbul olunacağı təqdirdə pedofilləri, eləcə də 20 ildən 40 ilədək həbs gözləyir.