...

Türkiyədə 18,5 mindən çox dövlət qulluqçusu işdən azad edilib

Dünya xəbərləri Materials 8 İyul 2018 11:31 (UTC +04:00)
Türkiyə hökuməti 18632 nəfərin dövlət qulluğundan azad edilməsi barədə Qərar qəbul edib.
Türkiyədə 18,5 mindən çox dövlət qulluqçusu işdən azad edilib

Bakı. Trend:

Türkiyə hökuməti 18632 nəfərin dövlət qulluğundan azad edilməsi barədə Qərar qəbul edib.

Trend-in CNN Türk agentliyinə istinadən verdiyi məlumata əsasən, qərar 2016-ci ilin iyul ayında tətbiq olunmuş fövqəladə vəziyyət əsasında qəbul edilib.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələrində 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətində işdən azad olunanların sayı 8998 nəfərdir, jandarmeriyada - 649 nəfər, Ədliyyə Nazirliyində - 1051 nəfər, Təhsil Nazirliyi - 658 nəfər, dini işlər üzrə idarədə - 240 nəfər, XİN-də - 38 nəfər, dövlət universitetlərində - 199.

Bundan başqa, ölkədə 12 ictimai təşkilat, üç qəzet və bir telekanal da fəaliyyətlərini dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti