Bakı. Trend:
Türkiyənin Egey dənizi sahillərində, Quşadası yaxınlığında qeyri-leqal mühacirləri aparan qayıq batıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər – 7 uşaq və 2 qadın həlak olub.
Qeyd olunur ki, qayıqda 13 nəfər olub. Digər dörd nəfəri xilas etmək mümkün olub.
Həmin mühacirlərin Yunanıstana getmək istədiyi məlum olub.