...

Moskvanın cənub-şərqində naməlum şəxs iki polisi yaralayıb

Dünya xəbərləri Materials 12 Avqust 2018 03:15 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mağazanı qarət etmək istəyən naməlum şəxs hadisə yerinə gəlmiş iki polis əməkdaşını yaralanıb
Moskvanın cənub-şərqində naməlum şəxs iki polisi yaralayıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mağazanı qarət etmək istəyən naməlum şəxs hadisə yerinə gəlmiş iki polis əməkdaşını yaralanıb.

Trend-in məlumatına görə, polisə Volqoqrad prospekti 105-də yerləşən mağazanı naməlum şəxsin qarət etməyə çalışması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları naməlum şəxsi saxlayıb. Saxlanılma zamanı naməlum şəxs polislərə müqavimət göstərib və iki polisi iti əşya ilə yaralayıb. Daha sonra polis əməkdaşları naməlum şəxsi yaralayıblar. Onların hər üçü xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti